EN

“Bu müharibə dünya iqtisadiyyatını çökdürə bilər”- Ekspert

İran və İsrail arasındakı müharibə dünya iqtisadiyyatına ciddi təsir. Son günlər ərzində neft məhzulları da daxil olmaqla dünyada bir çox məhsulun qiyməti qalxıb. Demək olar ki, çatdırılma xidməti iflic olub. Dünyanın böyük şirkətlərinin Çin, Hindistan və başqa Şərq ölkələrindən göndərilən yükləri ünvana çatdırmaq mümkün olmayıb.

“Yaxın Şərq dünyanın əsas neft istehsalı və tranzit bölgəsidir. Hormuz boğazı kimi strateji keçidlər vasitəsilə qlobal neft tədarükünün böyük bir hissəsi daşınır. Münaqişə bu yolların təhlükəsizliyini təhdid etdiyindən və İranın bu boğazı bağlı saxlamasına görə  neft qiymətləri kəskin  artıb. Bu isə dünya üzrə yanacaq, ərzaq və digər məhsulların qiymətinin yüksəlməsinə, yəni inflyasiyanın artmasına səbəb olur. Hətta bəzi proqnozlara görə, gərginlik artarsa, neftin qiyməti barel üçün 100 dollardan yuxarı qalxa bilər.Neft tədarükündə yaranan problemlər təkcə yanacaq qiymətlərinə deyil, həm də neftdən asılı olan bir çox sənaye sahələrinə təsir edir. Bu da ümumi istehsal xərclərini artırır.”– deyə iqtisadçı ekspert Arzuman Muradlı bildirib.

Ekspert qeyd edib ki, bu halda  mərkəzi banklar inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artırmağa məcbur qala bilər.

“Bu isə iqtisadi fəallığı azaldır, istehlak xərclərini azaldır və investisiyaların azalmasına səbəb olur ki, bu da qlobal iqtisadi artımı ləngidir. Dəniz yollarının təhlükəli olması və ya sığorta haqlarının yüksəlməsi daşınma xərclərini artırır. Hörmüz boğazı kimi əsas ticarət dəhlizlərində yaranan problemlər konteyner yükləri, məişət texnikası və digər istehlak mallarının daşınmasında gecikmələrə səbəb olur. Bu da son nəticədə istehlakçının ödədiyi qiymətlərə təsir edir. Müharibənin  dünya iqtisadiyyatına təsiri olduqca böyükdür. İran Şərqdən gələn yolun başlanğıcıdır. Genişmiqyaslı  müharibə  qlobal iqtisadiyyata ciddi problemlərlər yarada , hətta qlobal tənəzzülə gətirib çıxara bilər.”- deyə Arzuman Muradlı bildirib.

Chosen
12
moderator.az

1Sources