EN

İran Almaniya və ABŞ-a nota verdi

Almaniyanın İrandakı səfiri Markus Potzel İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Agentliyin məlumatına görə, Almaniya kansleri Fridrix Merzin son açıqlamaları ilə bağlı İran tərəfi Potzelə kəskin etirazını bildirib. Daha əvvəl ZDF telekanalında İrana qarşı əməliyyatla bağlı danışan Merz deyib ki, “İsrail hamımızın əvəzinə çirkli işi görür”. Kansler İsrail ordusuna və İsrail rəhbərliyinə İranla münaqişədəki hərəkətlərinə görə hörmət etdiyini iddia edib.

Bu gün həmçinin Tehranda ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfiri Nadine Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfi Lozanoya ABŞ prezidenti Donald Trampın son bəyanatları ilə bağlı etiraz notası təqdim edib. Nota dərhal ABŞ hökumətinə təhvil verilməlidir.

Tramp daha əvvəl İrana qarşı səbrinin tükəndiyini deyərək, ölkənin ali dini lideri Ayətullah Əli Xamneyinin Tehranın “məcbur qoşulduğu müharibədə qəti şəkildə müqavimət göstərmək niyyətində olduğu” fikrinə cavab olaraq ona uğurlar arzulayıb.

Chosen
2
1
ictimairey.az

2Sources