EN

Getdikcə populyarlaşır, lakin ekspertlər xəbərdarlıq edirlər: Kor ola bilərsiniz

Medicina saytına istinadən ain.az xəbər verir.

Saxta kirpiklərdən istifadə getdikcə populyarlaşır. Sağlamlıq mütəxəssisləri xəbərdarlıq edir ki, bu estetik seçim ciddi göz problemlərinə səbəb ola bilər.

Medicina.az xəbər verir ki, Harvard Universitetinin məzunu Dr. Saurabh Sethi, saxta kirpik yapışdırıcılarının görmə itkisinə səbəb ola biləcəyini söyləyib.

Doktor Sethi sosial media hesabında paylaşdığı videoda kirpik yapışdırıcılarında formaldehid adlı təhlükəli kimyəvi maddənin istifadə edildiyini bildirib. Sethinin sözlərinə görə, bu maddə allergik reaksiyalar, kirpiklərin tökülməsi və nadir hallarda daimi korluq kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssis formaldehidsiz məhsullar seçməyi və ya saxta kirpiklərdən tamamilə uzaq durmağı tövsiyə edib.

2012-ci ildə Yaponiyada aparılan elmi araşdırmada saxta kirpiklərin istifadəsi nəticəsində yaranan göz xəstəlikləri araşdırılıb. Tədqiqatda iştirak edən 100 qadının 40%-nin yapışdırıcılara qarşı allergik reaksiyası olub. Bəzi insanlarda göz qapaqlarının iltihabı (blefarit) yaşayıblar. Bu cür iltihablar buynuz qişaya ciddi ziyan vura bilər.

Aygün

Medicina.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources