EN

"O, İran-İsrail münaqişəsini həll etməyə qadirdir" - Peskov

Rusiya prezidenti Vladimir Putinin İsraillə İran arasında münaqişənin həllində vasitəçilik potensialı var.

"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.

Kremlin sözçüsü əlavə edib ki, Rusiya hazırda İranla tərəfdaşlıq, İsraillə isə “çox bərabər, etibarlı münasibətlər” saxlayır.

İsraillə İran arasında gərginlik iyunun 13-nə keçən gecə İsrail dövlətinin İrandakı nüvə və hərbi obyektlərə hücum edərək “Am Kelavi” əməliyyatına başlaması ilə başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

Elə həmin axşam İran İslam İnqilabı Keşikçiləri Korpusu “Doğru vəd 3” adlı cavab əməliyyatını elan edib. İsrail raketlərlə vurulub. 

İran və İsrail artıq bir həftədir ki, bir-birinə hücum edir. Onu da xatırladaq ki, Rusiya və Ukrayna arasında müharibə 3 ildir davam edir. 

Gülayə Mecid 

Chosen
5
50
unikal.az

10Sources