EN

Gəncədə daha bir sirli intihar

Gəncədə yeniyetmənin meyiti tapılıb.

Heftelik.az-ın Qafqazinfoya istinadən verdiyi məlumata görə, hadisə şəhərin “Mahrasa bağı” adlanan ərazisində qeydə alınıb.

15 yaşlı Ü.M-nin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib.

dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.

Məlumatda o da bildirilir ki, meyiti tapılan Ümid Niftəliyev Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən  18 yaşlı Elgün İbrahimovla eyni məktəbdə təhsil alıb.

İlkin müayinələrdən sonra Ü.Niftəliyevin təmir sexində intihar etməsi müəyyən edilib.

Onun sosial şəbəkə səhifəsində depressiv paylaşımlar etməsi, dünən də bu məzmunda post paylaşması məlum olub.

Chosen
3
heftelik.az

1Sources