EN

Nazirlər Kabinetindən ləğv edilmiş institut barədə qərar

"Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı"nda dəyişiklik edilib.

 

Pravda.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Qərarla Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu siyahıdan çıxarılıb.

 

Qafqazşünaslıq İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının strukturundan da çıxarılıb.

 

Xatırladaq ki, insitut bir neçə ay əvvəl ləğv olunub.

 

Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-ci il tarixində AMEA-nın ümumi yığıncağının qərarına əsasən yaradılmışdı. Qafqazşünaslıq İnstitutunun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. O, 2015-24-cü illərdə həmin vəzifədə çalışıb.

 

Qafqazşünaslıq İnstitutunun sonuncu rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşova olub. O, 2024-cü il oktyabrın 21-də AMEA Rəyasət Heyətinin qərarına əsasən, Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra edən təyin edilib.

Tarix: 19 İyun 2025, 12:13   
Chosen
4
2
pravda.az

3Sources