"Əl-Hilal" klubu "Bayern Münhen"in yay transfer hədəflərindən biri olan "Milan"ın portuqaliyalı vingeri Rafael Leauya ciddi maraq göstərir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi artıq futbolçu ilə bağlı İtaliya nəhənginə sorğu göndərib. “Rossoneri” qarşı tərəfdən 100 milyon avroya yaxın məbləğ tələb edir. Qeyd olunub ki, "Milan" ümumiyyətlə portuqaliyalını satmaq istəmir, lakin yaxşı təklif olarsa, onu buraxmağa hazırdır.
Portuqaliyalı vinger 2019-cu ildən "Milan"da çıxış edir. Leau başa çatan mövsümdə bütün yarışlarda 50 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə verib. Futbolçunun "Milan"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Mirağa