EN

Ayətullah Sistani İran rəhbərliyinə təhdidlə bağlı xəbərdarlıq etdi

Ayətullah Sistaninin ofisi bəyanat yayaraq, İrana qarşı davam edən hərbi təcavüzü kəskin şəkildə pisləyib.

Yenisabah.az ap-yə istinadla xəbər verir ki, bəyanatda hücumların davam etməsindən dərin narahatlıq ifadə olunub, və İranın ali dini və siyasi rəhbərliyini hədəf alan hər hansı təhdidlərə qarşı xəbərdarlıq edilib və bu cür cinayət əməlinin bütün regionun sabitliyi və təhlükəsizliyi üçün son dərəcə ağır nəticələri olacağı vurğulanıb.

Bəyanatda nüfuzlu beynəlxalq aktorları və bütün ölkələri, xüsusən də İslam dünyasındakıları ədalətsiz müharibə kimi qiymətləndirdiyi müharibəyə dərhal son qoymaq üçün maksimum səy göstərməyə çağırıb.

O, daha sonra beynəlxalq ictimaiyyəti İranın nüvə probleminin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ədalətli və dinc yolla həllinə nail olmağa çağırış edib.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi İran lideri Seyid Əli Xameneiyə sui-qəsd planlarını istisna etməyib və bunun iki tərəf arasında müharibəyə son qoyacağını iddia edib.

Bir gün sonra prezident Donald Tramp sosial şəbəkədə ABŞ-ın Seyid Xameneinin harada olduğunu bildiyini, lakin onu “hələlik” öldürməyəcəyini iddia edib.


Telegram kanalımız
Chosen
3
1
yenisabah.az

2Sources