EN

bp-yə Azərbaycan- Gürcüstan-Türkiyə üzrə yeni regional prezident təyin olundu

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “bp Azərbaycan” şirkəti açıqlayıb.

Bildirilib ki, həmin posta Ciovanni Kristofoli gətirilib.

O, vəzifəsinin icrasına cari ilin oktyabrın 1-dən başlayacaq və bp-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Ciovanni Kristofoli bp-nin regiondakı biznesinə 2017-ci ilin aprel ayından rəhbərlik edən Qəri Counzu əvəz edəcək.

Chosen
7
1
qafqazinfo.az

10Sources