Xameneyi SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edib.
Sitat.info “Mehr News”a istinadən xəbər verir ki, Məhəmməd Kərəmi SEPAH-ın Quru Qoşunlarının komandanı təyin edilib.
Bununla bağlı, İranın ali rəhbəri Seyyid Əli Xameneyi göstəriş verib.
Kərəmi əvvəllər ölkənin cənub-şərqində SEPAH quru qüvvələrinin Qüds bazasının komandiri olub.
Nigar,
Sitat.info