EN

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 9% ə yaxın artıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 8.8% artaraq 751.9 milyon ABŞ dolları təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (380.5 milyon ABŞ dolları) idxalı (371.4 milyon ABŞ dolları) üstələməsi nəticəsində 9.1 milyon ABŞ dolları həcmində profisit yaranıb.

Qeyd edilib ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 371.4 mln. dollar olub. Bunun 79.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub. (məkik idxal üçün vəsaitlər istisna olmaqla)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
2
apa.az

3Sources