EN

İranda SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin olunub

Bakı. Trend:

İran və İsrail arasında eskalasiyaların davam etməsi fonundaİranın ali lideri ayətullah Əli Xameneyi İslam İnqilabı KeşikçiləriKorpusunun (SEPAH) quru qoşunlarına yeni komandan təyin edib.

Trend bu barədəTasnim xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu vəzifəyə briqada generalı Məhəmməd Kərəmitəyin olunub.

Xameneyinin təyinatla bağlı sərəncamında yeni komandanın hərbitəcrübəsi vurğulanaraq, ondan SEPAH Quru Qoşunlarının bütün sahələrüzrə imkanlarının və hazırlıq səviyyəsinin artırılması üçün səylərgöstərməsi tələb olunub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources