EN

Maskın raketi partladı

SpaceX-in “Starship” raketi ABŞ-ın Texas ştatında sınaq buraxılışından əvvəl nasazlıq ucbatıəndan partlayıb.

Herbiand.az xəbər verir ki, SpaceX-in X sosial şəbəkəsində dərc etdiyi açıqlamaya görə, 10-cu uçuş sınağına hazırlaşan raket yerli vaxtla saat 23:00 radələrində ciddi anomaliya ilə qarşılaşıb.

Qeyd olunur ki, sınaq zamanı buraxılış meydançasının ətrafı təhlükəsiz zonada olduğundan, itki yoxdur.

Yerli media tərəfindən yayılan kadrlar “Starship”in birbaşa buraxılış meydançasında nasazlığını və nəhəng atəş topuna çevrildiyini göstərir.

Chosen
6
herbiand.az

1Sources