EN

Sərsəng su anbarının təmir layihəsi yekun mərhələdədir

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Sərsəng su anbarının təmir-bərpası ilə bağlı texniki sənədlər yekunlaşmaq üzrədir".

Oxu.Az-ın Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, enerji və suvarma təyinatlı Sərsəng su anbarının təmir-bərpası ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması tamamlanmaq üzrədir.

"Həcmi 565 milyon kubmetr olan su anbarı Ağdərə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy və Yevlax rayonlarında ümumilikdə 96 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatında mühüm rol oynayır", - deyə qurum rəsmisi qeyd edib.

İ.Quliyev, həmçinin bildirib ki, Tərtərçay Sağ Sahil magistral suvarma kanalının yenidən qurulması üzrə işlər davam etdirilir:

"Layihəyə əsasən, kanalın uzunluğu 51 kilometr (ümumi layihə üzrə 68.4 km) olacaq. Su mənbəyi Suqovuşan su anbarıdır. Kanalın suburaxma qabiliyyəti saniyədə 50 kubmetr təşkil edir. Tərtərçay Sağ Sahil kanalının icrası nəticəsində Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Ağdərə rayonlarında yerləşən ümumilikdə 67 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq".

"Hazırda layihənin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanaraq ekspertizaya təqdim edilib", - deyə İ.Quliyev qeyd edib.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
oxu.az

1Sources