EN

18 saylı məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirildi

Bullinq şagirdlərin psixoloji sağlamlığını ciddi şəkildə pozan, onların inkişafına mənfi təsir göstərən, özlərinə inamını və sosial bacarıqlarını zədələyən hərəkətlərdir. Bu səbəbdən də bullinqin qarşısını almaq və məktəblərdə sağlam psixoloji mühit yaratmaq son dərəcə vacibdir. Elə bu məqsədlə də cari ilin yanvar ayında Kapital Bank-ın təşəbbüsü və maliyyə dəstəyi, “Dərs Evi” tədris mərkəzinin təşkilatçılığı, eləcə də Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Dəyişiklik səndən başlayır!” adlı sosial layihəyə start verilib. Layihə ümumtəhsil məktəblərində bullinqə qarşı mübarizə və bu mövzuda maarifləndirməni hədəfləyir.

Layihə çərçivəsində Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə məktəbin şagird və müəllim heyəti, eləcə də valideynlər üçün davamlı maarifləndirici ssesiyalar keçirilib. Təlimlər “Travli.net” mərkəzinin ekspertləri və “Dərs Evi” tədris mərkəzinin mütəxəssisləri tərəfindən icra edilib. Daha sonra layihənin effektivliyinin ölçülməsi məqsədi ilə sorğu və qiymətləndirmə mərhələsi baş tutub.

Qeyd edək ki, “Dəyişiklik səndən başlayır!” layihəsinin ilk mərhələsində beynəlxalq “Travli.net” mərkəzinin ekspertləri tərəfindən “Dərs Evi” tədris mərkəzinin müəllimləri üçün xüsusi təlimlər təşkil olunub. Bu təlimlər sayəsində müəllimlər bullinqlə bağlı bilik və bacarıqlarını təkmilləşdirərək digər müəllim həmkarlarına, şagird və valideynlərə maarifləndirici sessiyalar keçmək bacarıqlarına yiyələniblər.

Layihənin əsas məqsədi məktəblərdə psixoloji mühiti daha da sağlamlaşdırmaq, şagirdlər arasında zorakılıq hallarının qarşısının alınması, müəllim və valideynlərin bullinqin tanınması və qarşısının alınması istiqamətində maarifləndirilməsidir. Bu yanaşma təhsil mühitində qarşılıqlı anlayış və empatiyanın güclənməsinə xidmət edir.

Chosen
5
28
publika.az

10Sources