“Mançester Siti”in baş məşqçisi Xosep Qvardiola FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunda “Vidad”la oyunu (2:0) şərh edib.
Arena.az FIFA-nın rəsmi saytına istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Qrup mərhələsində ilk oyun həmişə ən çətinidir. Biz bundan nəticə çıxarırıq, ikinci oyun isə daha yaxşı olacaq. Mövsüm uzun çəkəcək, amma bizə burada olmaq gərəkdir”, deyə Qvardiola vurğulayıb.
1-ci turdan sonra “Mançester Siti”nin yer aldığı “G” qrupunda yarış cədvəli belə mənzərə yaradır:
- “Yuventus” – 3 xal;
- “Mançester Siti” – 3 xal;
- “Vidad” – 0;
- “Əl-Əyn” – 0.