EN

“Qiyamət günü”nə bir neçə gün qaldı: “Yeni Vanqa”nın qorxulu proqnozu

“Yeni Vanqa” Ryo Tatsuki 5 iyul 2025-ci il “Qiyamət günü” haqqında kitabının yenilənmiş versiyasında qəribə və qorxulu proqnoz verib. Onun yeni nəşrinə görə, bu gün Yaponiyada böyük fəlakət baş verəcək.

Bundan sonra Tatsuki nə baş verəcəyini dəqiqləşdirməsə də, onun açıqlaması viral olub. Bu tarix sosial şəbəkələrdə aktiv şəkildə müzakirə edilir və yayılır. “The Daily Jagran” xəbər verir ki, həyəcanverici peyğəmbərlik Yaponiyada və ondan kənarda ciddi narahatlıq doğurub. Sosial media çaxnaşma içindədir, səyahətçilər ehtimal edilən hadisədən həftələr əvvəl səfərlərini ləğv ediblər. Proqnoz qeyri-müəyyən olsa da, Tatsukinin əvvəlki “peyğəmbərliklərinin” gerçəkləşməsi çoxlarını narahat edir.
Qeyd edək ki, astrologiya, tarot, numerologiya, palmistika, ekstrasensor qavrayış və digər oxşar təcrübələr elmi fənlər deyil. Onlar elmi tədqiqatlarla dəstəklənməyən və effektivliyinə dair obyektiv sübutlara malik olmayan qədim ənənələrə, inanclara və şərhlərə əsaslanır.

Bu metodlar akademik elmi dairələrdə tanınmır və bu mövzular üzrə materiallar çox vaxt əyləncəli xarakter daşıyır – onlar qərar qəbul etmək və ya planlar hazırlamaq üçün etibarlı vasitə hesab edilməməlidir. Psixologiya və ya sağlamlıqla bağlı məsələləri həll edərkən həmişə elmi mütəxəssislərlə əlaqə saxlamağa dəyər.

//Samir Qurbanov, Editor.az

Chosen
2
editor.az

1Sources