Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Navahı qəsəbəsində baş verib.
1983-cü il təvəllüdlü Natiq Tumarxan oğlu Abuşov qəsəbə ərazisində Ağcabədi şəhər sakini, 1995-ci il təvəllüdlü Qasım Kərəm oğlu Kərimovu döş qəfəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Abuşov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.