EN

Laçında yeni su anbarı tikiləcək

Laçın rayonu ərazisində yerləşən və Azərbaycanın hüdudlarında formalaşan Həkəriçay üzərində yeni su anbarının tikintisi planlaşdırılır.

ONN media  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.
O bildirib ki, su anbarının texniki-iqtisadi əsaslandırması yekunlaşdırılıb, layihə-smeta sənədlərinin hazırlanması isə başa çatmaq üzrədir:
"Tutumu 91 milyon kubmetr olan anbarın əsas təyinatı içməli su təchizatıdır. Layihəyə əsasən, su anbarından ayrılacaq suburaxma qabiliyyəti saniyədə 8,5 kubmetr olan (diametri 2000–2400 mm) magistral boru xətti çəkiləcək".
"Bu infrastruktur vasitəsilə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının yüksək keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur", - deyə o qeyd edib.
Chosen
1
8
onn.az

9Sources