EN

Tehran Moskvadan hərbi yardım istəməyib - Peskov

BAKI,TurkicWorld

Moskva Tehranı dəstəkləyir, lakin mövcud razılaşmalarda bu kimi hallar üçün birbaşa hərbi yardım öhdəliyi yoxdur.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hərbi baxımdan, birincisi, İran bizdən yardım istəməyib. İkincisi, aramızda olan razılaşmada belə hallarda qarşılıqlı hərbi yardım maddəsi yoxdur”- deyə Peskov qeyd edib.

O əlavə edib ki, hərbi dəstək verilməsə də, Rusiyanın siyasi səviyyədə İrana dəstəyi “aydın şəkildə ortadadır”.

Qeyd edək ki, bir qədər əvvəl Peskov Rusiyanın İsrail–İran gərginliyinin diplomatik yollarla həll olunacağına ümid etdiyini və Vladimir Putinin bu məsələdə konstruktiv çıxış yolunun mümkün olduğuna inandığını bildirib.

Chosen
7
50
turkic.world

10Sources