Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Birinci dəfədir Bakıdayam. Hər şey çox yüksək səviyyədədir. Xüsusilə bunu yeməkləriniz barədə deyə bilərəm".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin ulduz qonağı, keçmiş yarımorta çəki üzrə çempion, amerikalı döyüşçü Belal Muhammad Bakıda təşkil olunan brifinqdə deyib.
O bildirib ki, Bakıda UFC-nin keçirilməsi Azərbaycan üçün çox böyük hadisədir:
"Böyük məmnuniyyətlə şənbə günü - döyüş gecəsini gözləyirəm. Burada hava da çox yaxşıdır, hər şey çox yüksək səviyyədədir".
Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də "Baku Crystall Hall"da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
Daha çox foto burada: PhotoStock.az
Təhməz Əsədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.