EN

Ağ Evdə parçalanma: ABŞ kəşfiyyat rəhbəri Yaxın Şərq danışıqlarından kənarlaşdırıldı

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard Yaxın Şərqdəki münaqişəyə dair rəsmi müzakirələrdən kənarlaşdırılıb.
 
Bu barədə "NBC News" telekanalı mənbələrə istinadla məlumat yayıb.
 
Qabbardın uzaqlaşdırılması onun Prezident Donald Trampla İranın hərbi nüvə proqramı məsələsində fikir ayrılığına görədir.
 
Qeyd olunur ki, ABŞ kəşfiyyatı daha əvvəl Senat üzvlərinə təqdim etdiyi məlumatda İranın nüvə silahı hazırladığına dair heç bir sübutun olmadığını bəyan edib. Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner də bildirib ki, kəşfiyyat orqanlarının məlumatlarına əsasən, İranın hərbi nüvə proqramının mövcudluğuna dair heç bir əsaslı dəlil yoxdur.
 
Tulsi Qabbard açıq şəkildə ABŞ ordusunun İran-İsrail münaqişəsinə müdaxiləsinə qarşı çıxıb. O, həmçinin məsələni diplomatik yolla həll etmək üçün Avropa ölkələri ilə gizli məsləhətləşmələr aparıb və İranla danışıqların təşkili yollarını müzakirə edib.
 
Prezident Donald Tramp isə Qabbardın bu mövqeyini şərh edərkən bildirib ki, kəşfiyyat məlumatları onu maraqlandırmır.
 
Bununla belə, İranla bağlı fikir ayrılığına baxmayaraq, Tulsi Qabbardın ABŞ administrasiyasını tərk edəcəyi ehtimal olunmur. Hətta Tramp İrandakı nüvə obyektlərinə hücum qərarı versə belə, onun istefası gözlənilmir. /oxu.az/
Chosen
1
2
moderator.az

3Sources