EN

MY dünya çempionunu bu qiymətə ala bilər

Argentina millisinin və "Aston Villa"nın qapıçısı Emiliano Martines karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, tanınmış jurnalist Ben Ceykobs "qırmızı şeytanlar"ın dünya çempionunun transferi üçün Birmingem klubuna ödəyə biləcəyi məbləği açıqlayıb - 47 milyon avro.

Məlumata görə, Martines özü MY-yə keçmək istəyir və tərəflər artıq danışıqlara başlayıblar.

Qeyd edək ki, 2020-ci ildən indiki klubunda çıxış edən Emiliano geridə qalan mövsümdə "Aston Villa" forması ilə bütün turnirlərdə 53 oyun keçirib. 32 yaşlı "çərçivə" qoruyucusu bu matçlardan 16-da qapısını toxunulmaz saxlayıb. Onun birmingemlilər ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Nihat

Chosen
4
1
fanat.az

2Sources