EN

“Kiyev NATO sammitindən münasibətlər baxımından real irəliləyiş gözləyir” - Yermak

Biz NATO-nun qarşıdan gələn sammitindən alyansla münasibətlərdə real irəliləyiş gözləyirik. Ümid edirik ki, əsas qərarlar nəhayət sammitdə qəbul olunacaq.

Herbiand.az bildirir ki, bunu Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak deyib.

“Haaqa sammiti ərəfəsində biz Ukraynanın mövqelərini və gözləntilərini əlaqələndiririk. Biz Ukrayna-NATO münasibətlərində real irəliləyişi əks etdirəcək mənalı bəyannamə gözləyirik”, - ukraynalı siyasətçi öz Telegram kanalında yazıb.

Yermak həmçinin bildirib ki, Vladimir Zelenski Ukrayna ordusunun ehtiyaclarını aydın şəkildə qeyd edib. Söhbət hava hücumundan müdafiə sistemləri və raketlərdən gedir.

Xatırladaq ki, NATO sammiti iyunun 24-25-də Haaqada keçiriləcək. Əsas mövzular arasında müdafiə və çəkindirmənin gücləndirilməsi, eləcə də iştirakçı ölkələrin ümumi hərbi xərclərinin ÜDM-in 5%-ə çatdırılması təşəbbüsü var.

Bəxtiyar CƏFƏRLİ

Chosen
1
herbiand.az

1Sources