EN

İsrail ordusu Arakdakı nüvə reaktorunu zərərsizləşdirdiyini bildirib - YENİLƏNİB

İsrail ordusu İranın Arak bölgəsində yerləşən nüvə reaktorunu uğurla hədəfə aldığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsrail ordusu “X” platformasındakı paylaşımında bildirib ki, bu reaktor nüvə silahı istehsal etmək üçün tikilmişdi və artıq zərərsizləşdirilib.

***

“İnşası davam edən Xondab (keçmiş Arak) ağır su tədqiqat reaktoru vurulub”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) “X” hesabında qeyd edib.

Bildirilib ki, tikilməkdə olan Xondab ağır su reaktoru İsrail tərəfindən vurulub: "Bu reaktor fəaliyyətdə deyildi və heç bir nüvə materialı ehtiva etmirdi. Buna görə də radioloji təhlükə yoxdur. Hazırda Xondab ağır su zavodunun vurulması ilə bağlı isə məlumat yoxdur".

Chosen
14
7
operativmm.az

9Sources