EN

Xamei kimi bir diktator artıq varlığını davam etdirə bilməz - Katz

BAKI, TurkicWorld

İsrailin müdafiə naziri Xameneini öldürməklə hədələyib.

TurkicWorld xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz İranın ali rəhbəri Ayətullah Əli Xameneini açıq şəkildə hədəfə alıb. O, İsrailin İrana qarşı həyata keçirdiyi hücumların əsas məqsədinin Tehran rəhbərliyini zəiflətmək olduğunu bildirib.

Katz bu barədə Tel-Əviv yaxınlığındakı Holon şəhərində jurnalistlərə verdiyi açıqlamada deyib. “Xamei kimi bir diktator artıq varlığını davam etdirə bilməz” - deyə o bildirib.

O, həmçinin baş nazir Netanyahuya və ordunun rəhbərliyinə İrana qarşı hücumların artırılması ilə bağlı göstəriş verildiyini bildirib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri və hərbi rəhbərlik mərkəzlərinə genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbərliyi, 9 nüvə alimi və 224-dən çox mülki və hərbi şəxs həyatını itirib. İran da cavab olaraq İsrailə ballistik raketlər atıb. Qarşılıqlı hücumlar nəticəsində İsraildə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Başda Türkiyə olmaqla, bir sıra ölkələr İsrailin bu hücumlarını sərt şəkildə pisləyib.

Chosen
3
turkic.world

1Sources