Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında telefon danışığı olub.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Â
Görüşdə əsas mövzu Yaxın Şərqdəki gərgin vəziyyət olub.
Â
Y.Uşakovun sözlərinə görə, Rusiya və Çin bu məsələdə vahid mövqe nümayiş etdirir və BMT Nizamnaməsini pozan İsrailin hərəkətlərini qəti şəkildə pisləyirlər.