EN

"SpaceX" raketi sınaq zamanı belə partladı

ABŞ-ın Texas ştatında yerləşən "SpaceX" sınaq poliqonunda statik yanğın sınağı zamanı ağır "Starship" daşıyıcı raketi partlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) istinadən məlumat yayıb.

Məlumata görə, insident gücləndiricinin birinci mərhələsinin sınağı zamanı baş verib.

NASA "X" sosial media səhifəsində ""SpaceX Starship" ağır qaldırıcı raketi statik yanğın sınağı zamanı partlayıb", qeydi ilə paylaşıb.

Tədbir "NasaSpaceFlight" vasitəsilə canlı yayımlanıb. Qeyd olunur ki, çətinliklərə baxmayaraq, "SpaceX"in baş direktoru İlon Mask "Starship"in uğurlu sınaq uçuşlarının sayının sürətlə artacağını gözləyir.

Chosen
1
1
publika.az

2Sources