İranın son hücumu nəticəsində İsraildə 3-ü ağır olmaqla 44 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Hücumdan sonra səhiyyə işçilərinin yaralılara tibbi yardım göstərdiyi, 3-ü ağır, 2-sinin vəziyyəti orta ağır olan xəstədən əlavə, partlayış və qəlpə nəticəsində 39 nəfərin yüngül xəsarət aldığı bildirilib.
Qeyd olunub ki, İranın İsrailin hücumlarına cavab olaraq atdığı 20-dən çox raket paytaxt Təl-Əviv ətrafında və cənubda Nəcəfdə bəzi nöqtələrə düşüb.