İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci toplantısı bu həftə sonu İstanbulda keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, iclasda 40-dan çox xarici işlər nazirinin, o cümlədən İranın xarici işlər naziri Abbas Əraqçinin iştirakı gözlənilir.
İclasda İsrail-İran münaqişəsinin müzakirəsi üçün xüsusi sessiya keçiriləcək. Eyni zamanda, İsrailin Qəzzada davam edən hücumları ilə bağlı son vəziyyət müzakirə olunacaq.