İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Toplantısı İstanbulda keçiriləcək.
News24.az xəbər verir ki, iclas zamanı Türkiyə Xarici İşlər Naziri Hakan Fidan dövr sədrliyini Kamerunlu həmkarından təhvil alacaq. Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iclasda çıxış etməsi gözlənilir.
Onu da qeyd edək ki, iclasa, İran Xarici İşlər Naziri Abbas Arakçinin də daxil olduğu 40-dan çox xarici işlər nazirinin qatılacağı gözlənilir.
İsrail-İran qarşıdurmasını müzakirə etmək üçün xüsusi sessiya keçiriləcək.
Günel Məlikzadə