EN

ABŞ İranı bu vaxta kimi istifadə etmədiyi silahla ilə vurmağa hazırlaşır

Yaxın Şərqdə vəziyyət kritik həddə yaxınlaşır, ABŞ GBU-57 E/B Massive Ordnance Penetrator – MOP mərmisindən istifadə edərək zərbə endirə bilər.

Qaziler.az-ın məlumatına görə, bu barədə Pentaqondakı mənbələrə istinadən “Axios” nəşri məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ arsenalında ən dağıdıcı silahlardan biri olan MOP-dan istifadə etməklə Fordodakı yeraltı nüvə obyektinə zərbə endirmək variantını nəzərdən keçirir.

Portal izah edir ki, bu döyüş sursatı 19 metr betona və ya 61 metrə qədər yerə nüfuz etməyə qadirdir. Eyni zamanda, MOP hələ real döyüş şəraitində istifadə edilməyib. Bomba 2007-ci ildə xüsusi olaraq İranın nüvə obyektlərini zərərsizləşdirmək üçün hazırlanıb.

QAZİLER.AZ

Chosen
6
3
qaziler.az

10Sources