Azərbaycanlı cüdoçu Uşanqi Kokauri (+100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, o, 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olub.
Kokauri bürünc medal uğrunda çexiyalı Lukaş Krpaleklə yarışacaq.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb
DÇ: Cüdoçumuz 1/4 finalda məğlub oldu
DÇ: Zelim Kotsoyev 1/8 finalda
Zelim Kotsoyev dünya çempionatında tatami üzərinə çıxacaq
Təmsilçimiz dünya çempionatında bürünc medal qazanıb