EN

Rusiya-Ukrayna məhbus mübadiləsi baş tutub

BAKI, TurkicWorld

Rusiya və Ukrayna arasında yeni məhbus mübadiləsi baş tutub.

TurkicWorld xəbər verir ki, Rusiya və Ukrayna İstanbulda keçirilən sülh danışıqları çərçivəsində əldə olunan razılaşma əsasında növbəti məhbus mübadiləsini həyata keçirib.

Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə sosial media hesabında paylaşım edərək, "Xalqımız Rusiya əsarətindən evə qayıdır." - deyə bildirib.

Rusiya Müdafiə Nazirliyi də mübadilənin baş tutduğunu təsdiqləyib, lakin azad olunan hərbçilərin dəqiq sayı hər iki tərəf tərəfindən açıqlanmayıb.

Qeyd edək ki, İyunun əvvəlində İstanbulda keçirilən sülh danışıqları zamanı tərəflər arasında humanitar məsələlər üzrə qarşılıqlı addımlar atmaq barədə razılıq əldə olunmuşdu. Həmin razılaşma çərçivəsində bu mübadilə baş verib.

Chosen
5
turkic.world

1Sources