BAKI,TurkicWorld
"Səninləyəm, Türkiyəm" deyib, yardıma qaçan Azərbaycan xalqının həmrəyliyini heç vaxt unutmayacağıq.
TurkicWorld xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan Məhəlləsinin açılışı zamanı bildirib.
Zəlzələ faciəsini xatırladan Ərdoğan, Azərbaycan xalqının fəlakət anında göstərdiyi həmrəyliyi xüsusi vurğulayıb.
“Zəlzələnin ilk günündən etibarən bir gün belə ümidsizliyə qapılmadıq. Tezliklə toparlandıq. Bu çətin dönəmdə ölkəmizin köməyinə ilk çatanlardan biri can Azərbaycan oldu”- deyə Ərdoğan bildirib.
Ərdoğan bildirib ki, bu məhəllə Azərbaycanın dəstəyi ilə yenidən qurulub.
“Azərbaycan Məhəlləsi bizim qürur lövhəmizdir. Bura parkları, bağları, Heydər Əliyev Məktəbi ilə yeni bir yuva olacaq. Gələcəkdə bu ərazi sakinlərinə rahat və təhlükəsiz həyat imkanı yaradacaq”- deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan qeyd edib ki, bu günə qədər layihələrin yarıdan çoxu başa çatdırılıb.
“İnşallah, qalan mənzilləri və infrastrukturu da ilin sonuna qədər tamamlayacağıq. Hər bir vətəndaşımıza layiq olduğu şəraiti təmin etmək üçün bütün gücümüzlə çalışırıq”- deyə Ərdoğan qeyd edib.