Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Sportinfo.azAFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun IV turunun matçı oktyabrın 13-də Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena”da oynanılacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.