"Qalatasaray"ın prezidenti Dursun Özbək klubun sponsorluq müqaviləsi zamanı bəzi açıqlamalar verib. Transfer səyləri ilə bağlı sualları cavablandıran Özbək, Hakan Çalhanoğlunun iddiaları ilə bağlı suala cavab olaraq milli futbolçu barədə aydınlıq gətirib. "Yanlış başa düşülən bir söhbətdən danışmaq istəyirəm. Hakan göz bəbəyimizdir, Milli komandanın kapitanı, hər kəsin fəxr etdiyi, Avropada uğur qazanan önəmli oyunçudur. Hər komanda Hakan Çalhanoğlunu istəyir. Hakanla görüşdüm, ancaq bu görüş transfer görüşü deyildi. Bir dostumla oturmuşdum, telefonda danışırdılar. Qalatasaray prezidenti də yanımdadır salamlaşmaq istəyir dedi. Hakana salam verdim, o, uşaqlıqdan bəri “Qalatasaray” azarkeşi olduğunu söylədi, ona performansını ən yüksək səviyyəyə çatdırdığını söylədim və ona uğurlar arzuladım, ancaq dediyim sözlər transfer görüşməsi kimi medyaya əks etdirildi. Lakin bu transfer görüşməsi deyildi.” Sözlərini bildirib.