"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Sloveniya təmsilçisi "Selye" futbolçusu ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda 25 yaşlı vingeri Alyoşa Matko ilə vidalaşıb. O, Macarıstanın "Uypeşt" kollektivi ilə anlaşıb. 2022-ci ildən "Selye"də çıxış edən Alyoşa Matko bu müddət ərzində 122 oyunda 51 qol vurub.
Xatırladaq ki, "Sabah" “Selye”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.