İranın ali rəhbəri Əli Xamenei "X" sosial şəbəkəsində bir sıra postlar paylaşaraq regionda mövcud olan gərginliyi şərh edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, ABŞ-nin bölgədəki hadisələrə reaksiyasını İsrailin zəifliyinin əlaməti kimi qiymətləndirib:
"İsrailin amerikalı dostlarının işə qarışıb belə bəyanatlar verməsi bu rejimin zəifliyinin və bacarıqsızlığının göstəricisidir".
Xamenei İran xalqına müraciətində isə səbr və möhkəmlik çağırışı edib:
"Əgər düşmən qorxduğunuzu hiss edərsə, sizdən əl çəkməz. İndiyədək nümayiş etdirdiyiniz davranışı davam etdirin; onu daha da gücləndirin. Həqiqətən, qələbə yalnız Uca, Hikmət Sahibi Allahdandır (Quran, 3:126). Aləmlərin Rəbbi mütləq İran xalqına, haqqa və haqqın tərəfdarlarına qələbə nəsib edəcək".