EN

Bugünkü sertifikatlaşdırmadan narazı olanların NƏZƏRİNƏ!

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

Bu barədə Redaktor.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98 % davamiyyət qeydə alınıb.

Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Chosen
2
3
redaktor.az

10Sources