EN

Bakıda kirayə evlərlə bağlı yeni vəziyyət – Bu tarixdən qiymətlər…

  İran və İsrail arasında artan gərginlik ölkədə bir sıra məsələləri gündəmə gətirib. Ehtimal olunur ki, belə vəziyyətdə xaricdə yaşayan bəzi vətəndaşlar Azərbaycana dönüş edə bilər. Bu prosesin əmlak bazarında canlanmaya və qiymət artımına yol açacağı bildirilir.

Bu, real gözlənti sayıla bilərmi? Kirayə mənzillərdə bahalaşma müşahidə ediləcəkmi?

Referans bildirir ki, Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, sözügedən məsələ Yaxın Şərqdə yaşanan gərginlik fonunda aktuallıq kəsb edir:

“Hazırda müharibənin Azərbaycana birbaşa təsirləri, o cümlədən qaçqın axını və kütləvi köç müşahidə edilmir. Əsas səbəblərindən biri quru sərhədlərlə əlaqəlidir. Belə bir prosesin baş verməsi üçün dövlətlərarası razılaşma olmalıdır və hazırda bu, mövcud deyil”.

Ekspert bildirib ki, kirayə mənzil bazarında da, satış seqmentində də qiymətlərdə əhəmiyyətli dəyişiklik qeydə alınmayıb:

“Amma vəziyyət dəyişə bilər. Gələcək həftələrdə psixoloji təsirlərin bazarda hiss olunması mümkündür. Bununla belə, yaxın perspektivdə kəskin və fantastik qiymət artımı üçün real və əsaslı səbəblər yoxdur”.  

Chosen
10
3
referans.az

4Sources