EN

Tramp hücum planlarını TƏSDİQLƏDİ

ABŞ-ın yüksək rütbəli məmurları yaxın günlərdə İrana mümkün zərbə üçün hazırlaşmağa başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, qarşıdan gələn həftə sonu hücum üçün potensial planlar müzakirə olunur. Bir sıra federal qurumların rəhbərləri belə bir ssenariyə hazırlaşmağa başlayıblar. Eyni zamanda, Ağ Ev administrasiyası belə bir hazırlıq barədə rəsmi açıqlama verməyib.

CBS məlumatlı mənbələrə istinadla yazır ki, ABŞ prezidenti Donald Tramp İranın Fordodakı nüvə obyektinə zərbə endirməyə meyllidir. Mənbələrin bildirdiyinə görə, Trampın hazırkı fikri odur ki, obyekt qısa müddətdə potensial olaraq nüvə silahı istehsal edə biləcəyi üçün fəaliyyətdən kənarlaşdırılmalıdır.

Bundan əvvəl "Axios" portalı məlumat verib ki, Tramp ABŞ-ın İranın Fordodakı nüvə obyektinə mümkün zərbə endirməsində iştirakının məqsədəuyğunluğuna şübhə edir. Qeyd edilib ki, Tramp üç aspektin təhlilini tələb edib: hərbi zərurət, uzun sürən münaqişənin riskləri və İranın nüvə proqramının məhvinə zəmanət.

Chosen
28
publika.az

1Sources