Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət millimiz ilk yoxlama görüşünə çıxıb.
"Football-plus.az" xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda təşkil olunan oyun millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.