EN

Baltik dənizində Rusiya təyyarəsi ABŞ gəmisinin yaxınından uçdu, salam atəşi verdi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Rusiyanın Baltik donanmasının "Su-24MR" taktiki kəşfiyyat təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Mount Whitney" döyüş gəmisinin birbaşa yaxınlığından uçub.

Oxu.Az bildirir ki, müvafiq videonu amerikalı dənizçilər sosial şəbəkələrdə paylaşıblar.

Hadisə Baltik dənizinin neytral sularında baş verib. Rusiya təyyarəsi Amerika hərbçilərini salamlayırmış kimi istilik tələləri atəşi buraxıb.

Qeyd edək ki, Baltik dənizində hazırda NATO-nun Baltops-2025 təlimləri başa çatmaq üzrədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
oxu.az

1Sources