EN

Zakir Qaralovun qohumuna Dövlət Agentliyində yüksək vəzifə verildi

Pravda.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib. “PostMedia” xəbər verir ki, bu vəzifəyə İlham Quliyev gətirilib.

Qeyd edək ki, Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun yaxın qohumu olan İlham Quliyev 1994-cü ildən Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

O, 2005-ci ildə nazir müavini vəzifəsinə təyin olunub. 2020-ci ilin avqustunda vəzifəsindən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
pravda.az

2Sources