EN

Moldovanın keçmiş ədliyyə naziri Dubayda saxlanıldı

Moldovanın keçmiş ədliyyə naziri, İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Vitali Pirloq korrupsiya ittihamı ilə Dubayda saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə BƏƏ Daxili İşlər Nazirliyi öz "Facebook" səhifəsində məlumat yayıb.

"Pirloq transsərhəd korrupsiya işi kontekstində Fransa hakimiyyətinin tələbi ilə İnterpol tərəfindən beynəlxalq axtarışa verilib", - məlumatda deyilir

Onun iyunun 15-də saxlanıldığı bildirilir. 

Chosen
21
1
unikal.az

2Sources