EN

Dilarə Əliyevadan qardaşının səhhəti ilə bağlı AÇIQLAMA

Aktyor Vüsal Murtuzəliyevin səhhətində problem yaranıb.

Bu barədə manset.az məlumat yayıb.  Sənətçinin vəziyyətinin ağır olduğu bildirilsə də, aktyorun bacısı, Əməkdar artist Dilarə Əliyeva bunu təkzib edib.

O, OLAY-a açıqlamasında Vüsalın vəziyyətinin yaxşı olduğunu bildirib:

“Narahat olanlara deyirəm ki, narahatlığa əsas yoxdur. Yüksək təzyiqdən yüngül qansızma olmuşdu. İndi vəziyyəti yaxşıdır. Çox sağ olsun həkimlərimiz. Hər şey qaydasındadır. Sağalmağa doğru gedir”.

Chosen
25
4
olay.az

6Sources