EN

Mbappe xəstəxanadan buraxıldı

BAKI. 20 iyun. TELEQRAF

İspaniya "Real Madrid"inin futbolçusu Kilian Mbappe xəstəxanadan buraxılıb.

Teleqraf klubun rəsmi saytına istinadən məlumatına görə, kəskin qastroenteritdən müalicə alan fransalı hücumçu yenidən komandanın düşərgəsinə qayıdıb.

O, xüsusi tibbi müalicəsini davam etdirəcək və tədricən məşqləri bərpa edəcək.

Qeyd edək ki, Kilian Mbappenin iyunun 22-də Meksika "Paçuka"sı ilə klublararası dünya çempionatının II tur matçında iştirak etməyəcəyi, onun iyunun 18-də "Əl-Hilal"la 1:1 hesablı heç-heçə etdikləri ilk tur oyunu öncəsi özünü pis hiss etdiyi bildirilir.

Chosen
18
teleqraf.com

1Sources