EN

Bakı sakinlərindən mağaza adları ilə bağlı tənqid: Hamı xarici dil bilməlidir?

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Son illərdə Azərbaycan dilinin ictimai məkanlardakı istifadə formalarında ciddi nöqsanlara rast gəlinir.

Bakıda yerləşən mağazaların və reklam lövhələrinin əksəriyyətində yazıların ingilis dilində olması isə adi hala çevrilib.

Baku TV paytaxt sakinləri arasında sorğu keçirərək mövzuya onların münasibətini öyrənib.

Vətəndaşlar "Təəssüf ki, bir vaxtlar rusun dalınca qaçdığımız kimi indi də ingilisə keçmişik", "Turistləri cəlb etmək üçün ingilis dilindən istifadə edilir", "Gənc nəsil az-çox ingilis dilini bilir, yaşlı nəslin isə dil biliyi yoxdur. Ona görə də bu, düzgün addım deyil" kimi fikirlər səsləndiriblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Bakı sakinlərindən mağaza adları ilə bağlı tənqid: "Hamı xarici dil bilməlidir?"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
oxu.az

1Sources