EN

MİDA binasında yanğın baş verib - YENİLƏNİB - VİDEO

Paytaxtın Yasamal rayonu MİDA yaşayış kompleksində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, yanğının baş verməsinə ilkin ehtimal mənzildə olan kombinin partlaması olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə dərhal FHN təcili yardım və polis əməkdaşları cəlb olub.

Faktla bağlı araşdırma aparılır.

***

23:42

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Chosen
15
16
musavat.com

10Sources